öykücük

öykücük

Fərmandeh barmağlarını bığlarına çəkərkən dedi : arxadan güllələnnlər, canavarlara yem olacaqlar,öndən güllə

 yeyənlərisə şəhiddılər və xalq qəhrəmanı,son nəfəsə cən döyüşəcəyik

Döyüş bitədikdən sonra bütün cənazələr ambulanslarla şəhərə qaytarıldı.Təkəcə fərmandehın cənazəsındən

 sonra

Aydın Araz

xəyanət

Ərəbcə bir sözcükdeür

Latincə yazılanda Xəşin və Qorxunc bir şeyə bənzir

XƏYANƏT

 Xarhaxar xırıldaylr beynimdə

Ölüm halinda çəkilən nəfəslərdir xırıltısı!

Hərdən bir kişinin çiynində Yabancı bir qadınin tüküilə girir evə

Hərdən bir qadının soyuğluyla uzanır yataqda

 "X'yan't kişidir

             Xəyanət qadın"

Xəynət təkcə bu deil

Zindanda qoruqçuya ilk gülümsımıyindən də başlana bilər!

 İlqarlarin belini sındıran bir sözcük

( il

        qar)

"O" sənə çox yaxındır

Ürəyındə deil

 Ürəyinin imtidadinda arxanda bir sancıdır

 Bir qəmə yeri

Kəsilməz qandır axır arxandan

Sinənin üstünə bir cızıq düşmədən belə

Öldürür də - ölməyir də

"XƏYANƏT"

 Ərəbcə bir sözcükdür

 Latincə yazılanda.....

Onsuzda qorxuncdur xəyanət

neçə qıssa şer

 

      1.

     mənə"sevirəm" dediyini danammazsan

     Telfonlarızl izləyən kişi

      şahiddi buna

      2.

     O qədər modern modern dərdərim var ki

      etdiyin xəyanət ən klasikidi

       3.

       Dünya dolanır başıma

      Dünyanın əziziyəm mi mən!?

      Yoxsa sərxoşam,!

        

       4.

       Qarğalarla birgə gəldi qar

        sətir-----------sətir---------

        sansor elədi şəhəri

        təkcə qarğalar qaldi  

şer 1- yasaq sözcüyüm kitabından

Mənə sari gəlmə

Qorx

Baxma gözlərimə

Beyinmdə bomba yerləşdiriblər sanki

 Elektrik  gözlərim  tərpənsə əyər Partlaram bir dən

Mənə sari gəlmə

 əllərini vurma saçlarıma

 bəlkə bir dinametin zamini dir lər

yanımda çox  durmasaatlı bir bombayam bəlkə

hər ləhzə təhlükəm artırır mənim  

get

qal- getmə

 götürmə  ayaqlarını

işdən geçibdir daha 

getsən mina kimi partlayacağam

şer2-yasaq sözcüyüm kitabından

Aramızda

yapdığımız çin duvarı

Aramızda

yapmadığımız berlin duvari

Aramızda araz

 Aramızda  

sarı güller budaği

Aramızda 

hər  nə ayırır bizi bir birimizdən  

 AYDIN ARZ

 


  Yazılar cəmi: 5